İqbal Ağazadə: “Biz qalib gəlmişdik”

35 saylı Xətai III Seçki Dairəsinin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv olunub. Ümid Partiyasının sədri İqbal Ağazadə canlı yayımda bu məsələyə münasibət bildirib.

“Biz sizin səsinizlə qalib gəlmişdik. Əlimizdə protokollar və videomaterillar vardı. Dairə və məntəqə seçki komissiyaları böyük saxtakarlığa əl atıb, bu nəticələri dəyişdirmişdi. Biz söz vermişdik ki, nəticələrin ləğv olunması üçün ciddi hüquqi mübarizə aparacağıq. Beləliklə, apardığımız mübarizə sonucunda otuz məntəqə üzrə hər bir nəticə ləğv olundu”. – deyə partiya sədri qeyd edib.

Həmçinin, İ.Ağazadə Azərbaycanın bütün bölgələrindən gələn dəstəyə, sosial şəbəkələrdə paylaşım edənlərə, komanda üzvlərinə, hüquqşünaslara, ekspertlərə, qərargahın informasiya mərkəzinin əməkdaşları Rüfət Muradlı, Elşad Barat və Yalçın Allahverdioğluna, respublika üzrə 35 saylı Xətai III Seçki Dairəsinin video çəkilişlərini işıqlandıran
KİV nümayəndələrinə təşəkkürünü bildirib.

İqbal Ağazadə Ümid Partiyasının digər namizədləri olan dairələrin də nəticələrinin ləğvi üçün hüquqi müstəvidə mübarizənin davam etdiyini vurğuladı.

Sonda partiya sədri seçicilərə minnətdarlığını bildirdi, haqq, demokratiya, Azərbaycanın gələcəyi uğrunda mübarizə aparan hər kəsə uğurlar arzu etdi.

Xatırladaq ki, 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar Parlament Seçkilərində İqbal Ağazadə Ümid Partiyasının 35 saylı Xətai III Seçki Dairəsindən deputatlığa namizədi idi.

Canlı müraciəti sizə təqdim edirik:

35 saylı Xətai III Seçki Dairəsinin nəticələri ləğv olundu!İqbal Ağazadə canlı yayımda!

Gepostet von İqbal Ağa-zadə Igbal Agha-zade am Donnerstag, 13. Februar 2020

Şərh yaz
PAYLAŞ