Doğacaqdır sənə vəd etdiyi günlər haqqın,
Kim bilir bəlkə səhər, bəlkə səhərdən də yaxın… (M.A.Ərsoy)
Müstəqillik dövründən günümüzə qədər ölkəmizin keçdiyi ağır günlərdə hər birimiz yumruq kimi bir olaraq, nəyin bahasına olursa, olsun, müstəqilliyimizi xalq olaraq, qoruyub saxladıq. Hər bir vətəndaşımız xoşbəxtdir ki, müstəqil Azərbaycan dövlətinin üçrəngli şanlı, zəfər görmüş bayrağı altında yaşayır.
Müstəqilliyi qazandığımız dönəmlərdə yoxluq, səfalət və böyük acılar çəkən Azərbaycan xalqının, təəssüf ki, bu gün də güzəranı onu məmnun edəcək qədər yaxşı deyil. Səbəblərdən ən başlıcası, günümüzdəki hakim partiyanın daxildə yeritdiyi uğursuz siyasətdir. Bir ölkənin xalqı iqtisadi resurs statusunda yaşayırsa, o ölkədə heç bir xoşbəxtlikdən söz gedə bilməz.
Müstəqillik günündən, günümüzə qədər hər zaman haqqın, xalqın və məzlumun yanında olan Ümid Partiyası müxalifət anlayışını xalqa daim uğurla aşılayıb və xalqın sevgisini qazanıb. Məhz buna görə Ümid Partiyası bu gün ölkə daxilində siyasi gündəmi şəkilləndirən nadir partiyalardandır.
Xalqına, dövlətinə, vətəninə, məzlumuna, şəhidinə olan sevgisi, qayğısı və dəqqəti ilə hər zaman diqqəti özünə cəlb edərək, xalqın sevgisini qazanmış dəyərli sədrimiz, sədrdən əlavə məsləhətçimiz, siyasi yolda atacağımız addımları müəyyən edən və biz gənclərə hər zaman dəstək olan, örnək olan İqbal Ağazadə cənablarına, yürütdüyü balanslı və uğurlu siyasətə görə, haqq işimizdə verdiyi dəstəyə görə, ağır məsuliyyəti üzərinə götürdüyünə görə, ölkəmizin, millətimizin çıxarları naminə mübarizəsinə görə dərin təşəkkürümü bildirirəm.
Fəxr edirəm ki, Ümid’çiyəm!