Ümid Partiyası 29 oktyabr Türkiyənin Cümhuriyyət Günü münasibəti ilə Türkiyə xalqını təbrik etdi

Azərbaycan Ümid Partiyası 29 oktyabr Türkiyənin Cümhuriyyət Günü münasibəti ilə Türkiyə xalqını təbrik etdi.
Bu gün 29 oktyabr Azərbaycanın əzəli, əbədi qardaşı, doğma Türkiyədə Cümhuriyyət Günü Bayramıdır.
Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası iki dövlət, bir millət, dərin tarixi köklərlə bağlı, dünya miqyasında bir-birinə ən yaxın olan iki qardaş ölkədir. Əməkdaşlığımız bütün sahələrdə yüksək səviyyədə inkişaf edir, Azərbaycan-Türkiyə əməkdaşlığı həm regionda, həm də regiondan kənarda böyük önəm daşıyır. Ölkələrimiz arasındakı bu əlaqələrimiz günü-gündən inkişaf edir və bu birlik daha da qüvvətlənməli, möhkəmləndirilməlidir.
Türkiyə və Azərbaycanın həmrəyliyi nə qədər güclüdürsə, həm region, həm də ölkələrimiz üçün faydalı olacaq.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın İdarə Heyəti qardaş Türkiyəni Cümhuriyyət Günü münasibəti ilə təbrik edir, bölgədə və dünyada Türkiyənin nüfuzunun daha da artmasını, bütün istiqamətlərdə iki qardaş ölkə arasındakı münasibətlərin daha da inkişaf etdirilməsini arzulayır.
Türkiyənin ərazi bütövlüyünün qorunması uğrunda canından keçən Şəhidlərin ruhu qarşısında baş əyirik!
Türkiyənin Cümhuriyyət Günü qutlu olsun!
Şərh yaz