Avqustun 23-də Güney Azərbaycanda Milli Azadlıq Hərəkatının tanınmış simalarından olan Güney Azərbaycan Konqresinin sədri, İsveçdə fəaliyyət göstərən Azərbaycan Qarabağ Cəmiyyətinin təsisçisi, Azərbaycan Demokrat Firqəsinin yadigarı Abdulla Əmir Haşimi Cavanşirin 70 illik yubileyidir.
Bu münasibətlə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə təbrik müraciəti ünvanlayıb.
Müraciətdə deyilir: “ Hörmətli Abdulla bəy! Siz çağdaş tariximizin Güney Azərbaycan adına təmənnasız və bütün varlığı ilə mübarizə aparan önəmli simalarından birisiniz. Bütün həyatınız əsarətdə qalan millətin haqqları uğrunda mücadiləyə həsr olunub. Sizi, Güney Azərbaycanın Azadlığı yolunda yorulmaz mübarizi Yubiley yaşınız münasibətilə həm öz adımdan, həm də Ümid Partiyasının Rəyasət Heyəti adından təbrik edir, can sağlığı və yeni-yeni uğurlar arzulayır, gələcək yubileyinizi azad və milli-demokratik dəyərlərə söykənən Güney Azərbaycan vətəndaşı kimi qutlamanızı diləyirəm.”
Şərh yaz