Bu gün Ümid Partiyası Ali Məclisinin üzvü, Tərtər Rayon Təşkilatının sədri Adil Qulaminin doğum günüdür.
Qulami Adil Miriş oğlu 15 may 1955-ci ildə Tərtər şəhərində doğulub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) “Sənaye və mülki tikinti” fakültəsini bitirib.Təqaüdçüdür. Adil bəy Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olub.
Bütün fəaliyyətini xalqının xoş gələcəyinə sərf etməsi, hər zaman haqqın, doğru bildiyinin yanında dayanması, xalqını, millətini və dövlətini sevməsi, Adil Qulaminin əsl ziyalı simasını ortaya qoyur.
O, Azərbaycanın ərazi bütövlüyü, ölkədə demokratik cəmiyyətin, hüquqi dövlətin yaranması üçün hər zaman mübarizənin önündə dayanıb və hazırda Ümid Partiyasının sıralarında rayon təşkilat sədri olaraq, mübarizəsini davam etdirir.
Ümid Partiyasının sədri İqbal Ağazadə və Rəyasət Heyəti Adil bəyi təbrik edir, ona uzun ömür, can sağlığı, şəxsi işlərində və siyasi fəaliyyətində uğurlar arzulayır.