Bu gün “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin doğum günüdür.
Arif Əliyev hələ ölkədə xalq hərəkatı başladığı dövrlərdə “Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı olaraq, cəsarətli tənqidi yazıları və istedadı ilə tanınırdı. O, müxtəlif vaxtlarda “Azərbaycan gəncləri”, “Azadlıq” qəzetlərində, “Turan” agentliyində çalışıb, “Xəzər” jurnalının baş redaktoru və “Gün Səhər” qəzetinin təsisçisi olub. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi işləyib. 1995-ci ildən “Yeni Nəsil” Azərbaycan Jurnalistlər Birliyinin sədridir. Ölkədə nüfuzlu “Media açarı” Jurnalist mükafatının təsisçilərindən biridir. Bakı Mətbuat Klubu və Azərbaycanın Mətbuat Şurasının yaradılması üzrə layihənin müəllifidir.
Ümid Partiyasının sədri İqbal Ağazadə və Rəyasət Heyəti Arif Əliyevi təbrik edir, ona uzun ömür, can sağlığı, yaradıcılıq fəaliyyətində uğurlar diləyir.