Bu gün Ümid Partiyası Ali Məclisinin üzvü, Sabirabad rayon təşkilatının sədri Aslan Əliyevin doğum günüdür.
Aslan Əliyev 20 mart 1959-cu ldə Sabirabad rayonunda doğulub.
İdman Akademiyasını bitirib. Sabirabad şəhər Nizami Gəncəvi adına tam orta məktəbdə müəllim işləyir.
Aslan Əliyev Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olub. Azərbaycanın ərazi bütövlüyü, ölkədə demokratik cəmiyyətin, hüquqi dövlətin yaranması üçün hər zaman mübarizənin önündə dayanıb və hazırda Ümid Partiyasının sıralarında rayon təşkilat sədri olaraq, mübarizəsini davam etdirir.
Ümid Partiyasının sədri İqbal Ağazadə və Rəyasət Heyəti Aslan bəyi doğum günü münasibətilə təbrik edir, şəxsi işlərində və siyasi fəaliyyətində uğurlar diləyir!
Təbrik edirik!
Şərh yaz