Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Azad Azərbaycan Televiziyasını fəaliyyətə başlamasının 21 illik münasibətilə təbrik edib:
Azad Azərbaycan Televiziyasını təbrik edir, fəaliyyətində uğurlar arzulayır, hər zaman obyektivliyini qorumağı, vətəndaşlarımızın, televiziyanı izləyənlərin verdiyi informasiyadan məmnun qalmalarını diləyirik.
Hörmətli Azad Azərbaycan Televiziyası rəhbərliyi və əməkdaşları!
Arzu edirik ki, kim haqlıdırsa, hər zaman haqlının sözünü deyəsiniz, məmləkətimiz üçün çalışasınız.
Çox tezliklə işğaldan azad edilmiş torpaqlarımızda şöbələriniz açılsın, o torpaqlardan bizə hər zaman xoş xəbərlər verəsiniz.
Dünyanın harasında olmasından asılı olmayaraq, insanları siyasi mənsubiyyətinə, milliyətinə, dininə, məzhəbinə, təriqətinə görə ayrıseçkilik etməyəsiniz, hər bir həmvətənimiz sizin televiziyada özünü tapa bilsin.
Bir daha təbrik edirik!