Ümid Partiyası Dilavər Əzimlinin vəfatı ilə bağlı başsağlığı verdi

Azərbaycan elminə ağır itki üz verib.
AMEA-nın Tarix İnstitutunun “Orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tanınmış tarixçi, tarix üzrə fəlsəfə doktoru, dosent və ən əsası vətən fədaisi Dilavər Əzimli 62 yaşında dünyasını dəyişib. Tarixçi uzun müddət müalicə olunsa da, həyatını xilas etmək mümkün olmayıb.

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Dilavər Əzimlinin vəfatından kədərləndiyini bildirir, ailəsinə doğmalarına və yaxınlarına dərin hüzünlə başsağlığı verir, səbr diləyir.

Şərh yaz