Ümid Partiyası həftə ərzindəki (3 – 7 iyun) fəaliyyəti ilə bağlı məlumat yayıb

Azərbaycan Ümid Partiyasının təbliğat və informasiya şöbəsi partiyanın həftə ərzindəki (3 – 7 iyun) fəaliyyəti ilə bağlı məlumat yayıb
PRESS-RELİZ
(Həftəlik 3-7 iyun)
Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin növbəti iclasları keçirilib
Ümid Partiyasının İdarə Heyətinin toplantısında Azərbaycanda növbədənkənar keçirilməsi nəzərdə tutulan VII çağırış Milli Məclisə seçkilər, əhalinin sosial-demoqrafik qrupunun rifahının yaxşılaşdırılması, Azərbaycanın xarici – Cənubi Qafqaz və regiondaxili siyasəti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 iyunTÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə səsləndirdiyi fikirlər, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulması tələbi, Azərbaycan və Ermənistanın birlikdə ATƏT-in Minsk qrupunun ləğvinə müraciətinin vacibliyi, Gürcüstan və Ermənistanda baş tutan aksiyalar, Rusiya-Ukrayna müharibəsi, Rusiyanın Xankəndində konsulluq açılmasına dair mövqeyi, 7 iyun Milli Məclisin keçirdiyi növbədənkənar iclas və iclasda gündəliyə çıxarılan məsələlər müzakirə edilib.
Toplantıda qanunvericiliyin tələbinə görə bu il ölkəmizdə 3 noyabrdan gec olmayaraq, Parlament, dekabrda isə Bələdiyyə seçkilərinin keçirilməsi istiqamətində toplantı iştirakçıları qeyd edib ki, parlament və bələdiyyə seçkiləri cəmiyyət üçün yeni bir mərhələ olmalı, siyasi institutların parlamentdə və bələdiyyədə təmsilçilik imkanları genişləndirilməli, siyasi partiyalara, institutlara, ictimai-siyasi sahədə aktiv olan vətəndaşlara bu seçkilərdə iştirakına şərait yaradılmalı, onların haqqının tanınması və real təbliğat aparmaq imkanları genişləndirilməlidir. Qeyd edək ki, partiyanın mərkəzi və yerli strukturları bu istiqamətdə artıq işlərə başlayıb. Belə ki, VII çağırış Milli Məclisə seçkilərdə iştirak üçün 75 nəfər Mərkəzi Aparata məlumat verib, 49 nəfərin namizədliyi müəyyənləşib. Yaxın günlərdə növbəti dairələr üzrə, həmçinin növbəti həftələrdə Bələdiyyə seçkilərində iştirakla bağlı məlumat veriləcək.
Toplantıda həmçinin qeyd olunub ki, Azərbaycana insan haqq və hüquqlarının qorunması sahəsində, hətta cinayəti olan, yaxud da gözlənilən, lakin həbs olunmuş adamlar və yaxud da siyasi məhbus hesab edilən şəxslər, cəmiyyət üçün tanınmış şəxslər – bunların hamısı ya amnistiya, ya da əfv aktı ilə böyük bir açılım edib, cəmiyyətə qaytarılsalar, ölkə daxilində də barış və sülh hökm sürər, Azərbaycanın üzərinə də bu bəhanələrlə bizi istəməyən qüvvələrin gəlməsinə şərait yaranmaz.
İclasda həmçinin dəyişməz mövzulardan olan cari işlər və struktur fəaliyyətindən doğan məsələlər müzakirə edilib, bu istiqamətdə müvafiq şöbələrin hesabatları dinlənilib. Belə ki, ölkədə sosial şərait, əhalinin yaşam tərzi yaxşılaşdırılması, əhalinin aztəminatlı hissəsinə xüsusi güzəştlər olması, kommunal xərclərin aşağı salınması, uşaqpullarının verilməsi, demokratik cəmiyyət idarəçiliyinin olması, insan haqlarının qorunması, məhkəmələrin azad qərarlar qəbul etməsi ölkədaxili həlli ediləcək ən mühüm addımlardandır.
Həftə ərzində partiya yetkililəri – partiya sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın Mərkəzi Aparatının rəhbəri Taleh Əliyev, İdarə Heyətinin üzvləri Tamilla Qulami, Bakir Həsənbəyli, İlahə Sadıqova, Anar İsayev yerli telekanallarda və internet televiziyalarında (Arb 24, Reaksiya Tv, Laf Tv, Xural Tv, Cebhe Tv) 10 (on) canlı efirlə tamaşaçı qarşısına çıxıblar.
Bu kanallarda ümumi olaraq, dörd yüz minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində dörd milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.
Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.
Şərh yaz