Ümid Partiyası İcra Aparatının rəhbəri ölkə başçısına müraciət etdi

Ümid Partiyasının İcra Aparatının rəhbəri, Qarabağ qazisi, ehtiyatda olan kapitan Taleh Əliyev www.change.org saytında yeni bir petisiya yaradaraq, prezident İlham Əliyevə müraciət edib. “44 günlük savaş iştirakçılarının veteran statusu rəsmiləşdirilsin!” başlıqlı müraciətdə qeyd edilir:

Cənab Ali Baş Komandan!
İkinci Qarabağ savaşının bitməsindən 7 ay keçməsinə baxmayaraq, təəssüflər olsun ki, hələ də müharibə iştirakçılarının veteran statusu tanınmayıb. Məsələnin yubadılmasını müvafiq qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi zərurəti ilə izah edirlər. Amma biz – bu petisiyaya qoşulanlar hesab edirik ki, ötən müddət ərzində müvafiq qanunvericiliyə əlavə və dəyişikliklər çox rahatlıqla edilə bilərdi. Hətta müvafiq Qanun Milli Məclisdə ikinci oxunuşdan keçsə də, bəlli olmayan səbəblərdən üçüncü oxunuşa çıxarılmayıb. Nəzərə alsaq ki, qarşıdan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranması günü – 26 iyun gəlir, bu tarixə qədər İkinci Qarabağ savaşının iştirakçılarının veteran statusunun tanınması bütövlükdə cəmiyyətimizə qarşı çox müsbət bir jest olardı.

Cənab Ali Baş Komandan!
Qarabağ savaşının iştirakçıları və Azərbaycan ictimaiyyətinin nümayəndələri olaraq, sizdən bu məsələyə dərhal müdaxilə etmənizi istəyirik. Əminik ki, sizin müdaxiləniz müvafiq qanunvericiliyə gözlənilən əlavə və dəyişikliklər prosesini sürətləndirə bilər.

Qeyd: Müraciəti imzalamaq istəyən şəxslər aşağıdakı linkə daxil olaraq, kampaniyaya qoşula bilərlər.

https://www.change.org/p/az%C9%99rbaycan-respublikas%C4%B1n%C4%B1n-prezdenti-c%C9%99nab-ali-ba%C5%9F-komandan-44-g%C3%BCnl%C3%BCk-sava%C5%9F-i%C5%9Ftirak%C3%A7%C4%B1lar%C4%B1n%C4%B1n-veteran-statusu-r%C9%99sml%C9%99%C5%9Fdirilsin?recruiter=702120734&recruited_by_id=a6c54d00-148a-11e7-bf4c-254d42d0f6de&utm_source=share_petition&utm_medium=copylink&utm_campaign=petition_dashboard

Şərh yaz