Ümid Partiyası İlahə Sadıqovanı təbrik etdi

Ümid Partiyası İlahə Sadıqovanı təbrik etdi

Ümid Partiyası sədrinin ailə, qadın, uşaq problemləri və gender bərabərliyi məsələləri üzrə müavini, kulturoloq, ADMİU-nun dissertantı, 25-dən çox elmi məqalələrin müəllifi, 20-dən çox respublika və beynəlxalq elmi konfranslar məruzəçisi İlahə Sadıqovanın doğum günüdür.

O, bir ziyalı olaraq, cəmiyyətin ümumi problemlərinə, cəmiyyətdə baş verən ailə, qadın, uşaq problemlərinə biganə qalmayıb.

Hər zaman öz sahəsi üzrə mövcud olan problemlərin həlli istiqamətində təkliflərlə çıxış edib, həll yollarını göstərib, hüquqi dövlətin, sivil, demokratik cəmiyyətin yaranması üçün mübarizə aparıb. Cəmiyyətdə olan problemlərə biganə qalmaması, hüququ, haqqı tapdalananların yanında olması, onların müdafiəsinə qalxması həm təmsil etdiyi partiyada, həm də onu tanıyanlar arasında bir ziyalı xanım kimi sevdirir.

Ümid Partiyasının sədri İqbal Ağazadə və Rəyasət Heyəti İlahə xanımı təbrik edir, ona uzun ömür, can sağlığı, şəxsi həyatında, siyasi fəaliyyətində və elmi yaradıcılığında uğurlar diləyir.

Şərh yaz