Ümid Partiyası İlqar Məhərrəmlini təbrik etdi

Bu gün Ümid Partiyası Göyçay Rayon Şöbəsi Məclisinin sədri İlqar Məhərrəmlinin doğum günüdür.

Məhərrəmli İlqar Həmid oğlu Göyçayda anadan olub. Ufa Dövlət Universitetinin “Hüquq”, BDU-nun “Filologiya” fakültəsini bitirib. Milli Azadlıq Hərəkatının fəallarından olub. Birinci Qarabağ Müharibəsində Özünümüdafiə Batalyonunun tərkibində Qarabağ döyüşlərində könüllü iştirak edib. 20 ildən artıq müddətdə pedoqoji fəaliyyətlə məşğul olub. Yüzlərlə vətənpərvər gəncliyin yetişməsində xüsusi xidməti olub, bir ziyalı kimi özünü cəmiyyətə təqdim edə bilib.

1993-cü ildən 2018-ci ilədək hüquq müdafiəçisi kimi Azərbaycan məhkəmə sistemində insanların hüquqlarını müdafiə edib. Bütün fəaliyyətini hüququ tapdalananların hüququnun bərpası, qanunun aliliyinin qorunması istiqamətində aparıb. Azərbaycanın ərazi bütövlüyü, ölkədə demokratik cəmiyyətin, hüquqi dövlətin yaranması üçün hər zaman mübarizənin önündə dayanıb və hazırda Ümid Partiyasının sıralarında mübarizəsini davam etdirir.

Ümid Partiyasının sədri İqbal Ağazadə və Rəyasət Heyəti İlqar bəyi təbrik edir, ona uzun ömür, can sağlığı, şəxsi işlərində və siyasi fəaliyyətində uğurlar arzulayır.

Şərh yaz