Ümid Partiyası İstanbulda baş verən terrorla bağlı başsağlığı verdi

Qardaş Türkiyənin İstanbul şəhərinin mərkəzində – İstiqlal küçəsində güclü partlayış baş verib.

Bu ana olan son məlumata görə partlayışda 5 nəfər həlak olub, 36 nəfər yaralanıb.

Türkiyənin Baş Prokurorluğu faciənin terror aktı olduğunu təsdiqləyib.

Türkiyənin dünyada artan nüfuzu və bölgədə söz sahibliyini nəzərə alaraq, bu kimi hadisələrin qardaş ölkədən uzaq olmasını və dövlət təhlükəsizliyinin daha da qüvvətlənməsini diləyirik.

İstanbulun Taksim caddəsinin İstiqlal küçəsində törədilmiş terror hadisəsindən son dərəcə hiddətlənir, bu teraktı qəti şəkildə pisləyirik. Terrorizmdən əziyyət çəkən dövlət kimi terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və qardaş, doğma Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq.

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət heyəti bu terror aktının qurbanı olmuş şəxslərə rəhmət, onların ailələrinə, yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə şəfa tapmasını diləyir!

Şərh yaz