İyunun 13-də Ümid Partiyası Lənkəran Şəhər Şöbəsi növbəti konfransını keçirib. Konfransda partiya rəhbərliyindən partiya sədrinin birinci müavini Ənvər Ağazadə və partiya Ali Məclisinin sədri Rəfail Tağızadə iştirak edib.
Ənvər Ağazadə və Rəfail Tağızadə Azərbaycanda ictimai-siyasi vəziyyət, qarşıda duran vəzifələr, görüləcək işlərlə bağlı məruzə ilə çıxış ediblər.

Konfransa Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Ramiz Əlizadə və Nəzarət Təftiş Komissiyasının sədri Baba Rzayev hesabat verdikdən sonra Nizamnaməyə uyğun olaraq, təşkilati məsələlərə baxılıb. Ramiz Əlizadə yenidən Ümid Partiyası Lənkəran Şəhər Şöbəsinin sədri seçilib. Konfrans iştirakçıları Nəzarət Təftiş Komissiyasının üzvlərini seçib, özək təşkilatının sədrlərini Məclis üzvlüyünə təsdiq ediblər.

Konfransdan sonra Lənkəran Şəhər Şöbəsinin Məclisi özünün ilk iclasını keçirib. İclasda partiya Ali Məclisinin sədri Rəfail Tağızadə iştirak edib. Hüseynov Eldar Həsən oğlu Lənkəran Şəhər Şöbəsi Məclisinin sədri seçilib.

Partiya sədrinin birinci müavini Ənvər Ağazadənin iştirakı ilə Lənkəran Şəhər Şöbəsinin Nəzarət Təftiş Komissiyası ilk iclasını keçirib, Rzayev Baba İbrahim oğlu Lənkəran Şəhər Şöbəsi Nəzarət Təftiş Komissiyasının sədri seçilib.
Şərh yaz