Ümid Partiyası müavinliyinin iclası keçirilib

Yanvarın 28-də Azərbaycan Ümid Partiyasının müavinliyinin iclası keçirilib. İcra Aparatının rəhbəri, partiya sədrinin müavinləri və şöbə müdirlərinin iştirakı ilə keçirilən görüşdə həftə ərzində görülən işlər, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə edilib.
Ümid Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyev növbəti həftədə keçiriləcək tədbirlərin siyahısını təqdim edib və tədbirlərə hazırlıqların müzakirəsi aparılıb.
Yanvarın 31-də Ümid Partiyası Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsindəki abidəsini ziyarət edəcək, həmçinin həmin gün “Zoom” proqramı vasitəsi ilə partiya rəhbərliyinin “Ümummilli lider Rəsulzadə”- adlı konfransı baş tutacaq. M.Ə.Rəsulzadənin siyasi fəaliyyəti və Xalq Cümhuriyyətinə həsr olunan həmin konfransda rayon təşkilatlarının təmsilçilərinin də iştirakı nəzərdə tutulur.
Fevralın 2-də Gənclər Günü ilə bağlı da partiyada tədbir keçirilməsi nəzərdə tutulub. Həmin gün Ümid sədri İqbal Ağazadə partiyanın qərargahında gənclərlə görüş keçirəcək.
Müavinliyin iclasında növbəti həftələr üçün iş qrafiki də açıqlanıb, şöbələrlə, müavinlərlə bu istiqamətdə müzakirə aparıb. Tədbirdə partiyanın təbliğatı istiqamətində görüləcək işlər də detallı müzakirəyə çıxarılıb.
Şərh yaz