Ümid Partiyası növbəti qurultayını onlayn keçirmək qərarı verdi

Ümid Partiyası Rəyasət Heyəti bu gün növbəti iclasını keçirib. Karantin şərtlərini gözləməklə, İqbal Ağazadənin sədrliyi ilə keçirilən iclasda dünyada, regionda və ölkədə baş verən ictimai-siyasi proseslər, 44 günlük müharibədən sonra Qarabağda cərəyan edən hadisələr, mövcud durum və partiyanın baş verən hadisələrə münasibəti, habelə təşkilati məsələlər, partiyanın növbəti qurultaya hazırlığının cari vəziyyəti, görüləcək işlər, qarşıda dayanan vəzifələr müzakirə olunub.

Növbəti qurultayın keçirilməsi ilə bağlı qeyd edildi ki, obyektiv və subyektiv səbəblərdən partiyanın növbəti qurultayını keçirmək mümkün olmayıb. Karantin dövrünün uzadılıb uzadılmayacağı ilə bağlı da hələlik vəziyyət qeyri-sabitdir. Bu səbəbdən də partiya növbəti qurultayını yaxın vaxtlarda onlayn keçirə bilər.

Qurultaya hazırlığın cari vəziyyəti müzakirə edildikdən sonra yaxın vaxtlarda onlayn keçirilməsi ilə bağlı qərar verildi.

Şərh yaz
PAYLAŞ