Ümid Partiyası Qoşqar Bəyləri təbrik etdi

Bu gün Ümid Partiyası Ali Məclisinin üzvü Qoşqar Bəylərin doğum günüdür.

İkinci Qarabağ Müharibəsində könüllü olaraq iştirak edən Qoşqar Bəylər Azərbaycanın ərazi bütövlüyü, ölkədə demokratik cəmiyyətin, hüquqi dövlətin qurulması üçün hər zaman mücadilənin önündə dayanıb və hazırda Ümid Partiyasının sıralarında öz mübarizəsini davam etdirir.

Ümid Partiyasının sədri İqbal Ağazadə və Rəyasət Heyəti Qoşqar bəyi təbrik edir, ona uzun ömür, can sağlığı, şəxsi işlərində və siyasi fəaliyyətində uğurlar arzulayır.

Şərh yaz