Bu gün rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır.
1881-ci il 6 dekabr tarixində “Nobel qardaşları cəmiyyəti” tərəfindən istismara verilən telefon xətti Azərbaycanda rəsmi olaraq ilk telefon xətti sayılır. Beləliklə, 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf etmiş, o dövr üçün geniş telefon şəbəkəsi yaradılıb.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti rabitə və yüksək texnologiyalar sahəsi işçilərini peşə bayramları münasibətilə təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır.
Şərh yaz