Ümid Partiyasının müavinliyinin növbəti toplantısı keçirilib

Fevralın 18-də Azərbaycan Ümid Partiyasının müavinliyinin növbəti iclası keçirilib. İcra Aparatının rəhbəri, partiya sədrinin müavinləri və şöbə müdirlərinin iştirakı ilə keçirilən görüşdə həftə ərzində görülən işlər, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə edilib.

İclasda Xocalı soyqırımı, ermənilərin törətdiyi vəhşiliklə bağlı keçirilməli olan öldönüm tədbiri müzakirə olunub. Partiya rəhbərliyinin Xocalı abidəsini ziyarət etməsi, həmçinin “ZOOM” konfransın keçirilməsi nəzərdə tutulur.

Toplantıda Qarabağda baş verən proseslər təhlil edilib, orada azərbaycanlıların məskunlaşması ilə bağlı ideyalar, təkliflər irəli sürülüb, narahatlıqlar səsləndirilib.

Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə isə ölkədə haqqında söhbət gedən növbədənkənar seçkilərdən danışıb, partiyanın və üzvlərin seçki imkanlarının qiymətləndirilməsinin vacibliyini bildirib. O, qeyd edib ki, Ümid Partiyası yalnız seçkidən seçkiyə yox, bir seçki bitdikdən dərhal sonra növbəti seçkiyə qədər daim vətəndaşlarla təmasda olurlar. 

Müavinliyin iclasında növbəti həftələr üçün iş qrafiki də açıqlanıb, şöbələrlə, müavinlərlə bu istiqamətdə müzakirə aparıb. Tədbirdə partiyanın təbliğatı istiqamətində görüləcək işlər də detallı şəkildə müzakirəyə çıxarılıb.

Mətbuat xidməti

Şərh yaz