Bu gün Ümid Partiyasının gənclərlə iş üzrə sədr müavini Xanlar Abbasovun doğum günüdür. Xanlar Abbasov siyasi fəaliyyətinə gənc yaşlarından Ümid Partiyasında başlayıb, iki dəfə millət vəkilliyinə namizəd olub.
Demokratik düşüncələri ilə seçilən, vətənimizin, millətimizin mübariz gənci Xanlar Abbasovu başda sədrimiz İqbal Ağazadə olmaqla bütün Rəyasət Heyəti üzvləri və partiyadaşlarımız adından təbrik edir, şəxsi həyatında və siyasi karyerasında müvəffəqiyyətlər diləyirik.
Çox hörmətli Xanlar bəy, doğum gününüz mübarək!
Şərh yaz