Ümid Partiyası Səxavət Məmmədi təbrik etdi

Bu gün hərbi jurnalist Səxavət Məmmədin doğum günüdür.

Jurnalistika sahəsi ümumilikdə ağır sahədir, hərb sahəsində jurnalist olmaq isə məsuliyyəti daha da artırır.

44 günlük Vətən müharibəsində xalq-ordu, xalq-dövlət, ümumiyyətlə, cəmiyyətin bütün təbəqələri yumruq kimi birləşdi və tarixi zəfəri yaşadıq. Bu zəfəri Azərbaycan xalqının taleyinə yazan dövlət, ordu, xalq ilə yanaşı jurnalistlərin də böyük əməyi oldu. Əslində, müharibə zamanı döyüş bölgəsində savaşdan birbaşa canlı yazılar, reportajlar yazan jurnalistlər də igidlik, qəhrəmanlıq göstərmiş oldu. O jurnalistlərdən biri, bəlkə də birincisi Səxavət Məmməd idi.

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Səxavət bəyi təbrik edir, ona uzun ömür, can sağlığı, peşə fəaliyyətində uğurlar arzulayır.

Şərh yaz