Bu gün Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan, bir çox hekayə, povest, roman və şeirlər müəllifi dəyərli Seyran Səxavətin 75 illik yubileyidir. Seyran Səxavətin dünya ədəbiyyatının ana dilimizə tərcümə olunmasında da böyük xidmətləri var.
Hər bir xalqın taleyində onun milli-mənəvi dəyər yükünü, ağrılı-acılı günlərini öz çiyinlərində daşıyan bir neçə qələm adamı olur. Azərbaycan xalqının da sözün həqiqi mənasında yazıçı, şair kimi dəyərlər məsuliyyətini daşıyan qələm sahiblərindən biri də Seyran Səxavətdir. Seyran müəllim həm yazıçı, həm dramaturq, həm də vətəndaş kimi öz vəzifəsinin öhdəsindən layiqincə gəlib.
Cəmiyyətdə baş verən hadisələrə, haqsızlıqlara ziyalı mövqeyi ilə həmişə Seyran Səxavətin ədalətli münasibətini görmüşük.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Seyran müəllimi təbrik edir, ona can sağlığı, uzun ömür, yaradıcılığında uğurlar arzulayır.