Yanvarın 21-də Azərbaycan Ümid Partiyasının müavinliyinin iclası keçirilib.
Müavinlik, İcra Aparatının rəhbəri, şöbə müdirlərinin iştirakı ilə keçirilən görüşdə ötən həftədə görülən işlər, qarşıda dayanan vəzifələr və cari məsələlər müzakirə edilib.
Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə növbəti həftələrdə keçiriləcək tədbirlərin siyahısını təqdim edib və tədbirlərə hazırlıqların müzakirəsi aparılıb.
Yanvarın 31-də partiya Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsindəki büstünü ziyarət, həmçinin həmin gün Zoom proqramı vasitəsi ilə partiya rəhbərliyinin konfransı baş tutacaq. Rəsulzadənin siyasi fəaliyyəti və Xalq Cümhuriyyətinə həsr olunan konfransda Rəyasət Heyətinin təşkilatçılığı ilə rayon təşkilatlarının təmsilçilərinin də iştirakı nəzərdə tutulur.
Ümid Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyev isə fevralın 2-də gənclər günü ilə bağlı nəzərdə tutulan görüşlə bağlı fikirlərini bölüşüb. Həmçinin, partiyanın növbəti həftələr üçün iş qrafiki açıqlanıb, müavinlərlə, şöbələrlə bu istiqamətdə müzakirə aparıb.
Tədbirdə partiyanın təbliğatı və təşkilatçılığı istiqamətində görüləcək işlər də detallı müzakirəyə çıxarılıb, yeni təkliflər irəli sürülüb.
Şərh yaz