Bu gün Ümid Partiyası İcra Aparatının rəhbəri, Qarabağ qazisi Taleh Əliyevin doğum günüdür.
Taleh Əliyev vətəninə, dövlətinə, millətinə bağlı biri olaraq, gənclik yaşlarından aktiv siyasətlə məşğul olmağa başlayıb. Bir sıra gənclər təşkilatının yaradıcısı və aparıcı simalarından olub. Azərbaycanın ərazi bütövlüyü, ölkədə demokratik cəmiyyətin, hüquqi dövlətin yaranması üçün mübarizə aparıb və hazırda Ümid Partiyası İcra Aparatının rəhbəri kimi fəaliyyətini davam etdirir.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu şanlı tarix yazdı, zəfər çaldı. Bu tarixdə, bu zəfərdə məmləkətimizin igid oğulları ilə bərabər bizim Taleh Əliyevin də payı oldu. Orduya baş leytenant kimi getdi, 99-gündən sonra kapitan kimi geri döndü. O, həm də ölkə başçısı tərəfindən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olundu.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Taleh bəyi təbrik edir, ona uzun ömür, cansağlığı, şəxsi həyatında və ictimai-siyasi fəaliyyətində uğurlar arzulayır.
Şərh yaz