Ümid Partiyası Türkiyə üçün təkcə dua etmir, həm də… – İQBAL AĞAZADƏ

Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı Azərbaycan qardaş ölkəyə yardımlar göndərməyə davam edir. İstər rəsmi dövlət səviyyəsində, istərsə QHT-lər və özəl sektor, həmçinin vətəndaşlar olaraq lazımi yardımlar göstərilir.

Bəs müxalifət partiyaları bu ağır günlərdə Türkiyə üçün hansı yardımları edir?

Ümid Partiyasının sədri İqbal Ağazadə Globalinfo.az-a bildirib ki, 2 TIR ərzaq yardımı artıq göndərilib:

“Onlardan biri partiyamızın Mərkəzi Qərargahı, digəri rayon təşkilatları tərəfindən təşkil edilib. O cümlədən, maddi yardımlar toplanır, onu da yaxın günlərdə hesaba köçürəcəyik. Xətai, Gəncə, Göygöl, Samux rayon təşkilatları bu istiqamətdə xeyli çalışırlar. Onlar tərəfindən də müəyyən yardımlar olunub, etməkdə də davam edirlər”.

https://globalinfo.az/azerbaycan-muxalifeti-turkiyeye-yalniz-dua-etmir-foto/?fbclid=IwAR1EOA2itIQxge8O–pOJ_5quS3KtaUWGJ7p0AxyHlbFAQarL4phMh4RPZ0

Gülnar Səlimova

Globalinfo.az

Şərh yaz