Ümid Partiyasının Rəyasət Heyəti və üzvləri fevralın 27-də Ukraynanın Azərbaycandakı səfirliyinin qarşısına gedərək, Ukraynaya dəstəyini ifadə ediblər.
Onlar səfirliyin qarşısına güllər qoyaraq, haqq savaşında Ukraynanın yanında olduqlarını bildirib, həmçinin müharibədə həlak olanların xatirəsini yad ediblər.
Qeyd edək ki, Bakıda Ukrayna səfirliyinin qarşısında dəstək aksiyası keçirilib və aksiyada Ukraynaya dəstək şüarları səsləndirilib.
Səfirlik önünə gələnlər “Yaşasın Ukrayna” şüarları səsləndirib, həlak olan ukraynalıların xatirəsinə şam yandırıb, eyni zamanda, Ukraynaya yardım kampaniyasında iştirak ediblər.
Şərh yaz