Ümid Partiyası ümumrespublika müşavirəsi keçirib

22 oktyabr 2022-ci ildə Ümid Partiyası ümumrespublika müşavirəsi keçirib. Partiya sədri İqbal Ağazadə Şəhidlərin ruhunu tədbir iştirakçıları ilə birgə 1 dəqiqəlik sükutla andıqdan sonra müşavirəni açıq elan edib.
Tədbirdə ölkədə, o cümlədən regionda və dünyada baş verən siyasi proseslərdən danışılıb, ötən il ərzində partiyanın gördüyü işlər və hazırladığı yol xəritəsi ilə bağlı məlumatlar dinlənilib.
Müşavirədən sonra təşkilatlanma, o cümlədən rayon təşkilatlarının növbəti konfranslarının keçirilməsi ilə bağlı tapşırıqlar verilib.
Şərh yaz