Ümid Partiyası xalqı Milli Dirçəliş Günü münasibətilə təbrik etdi

Bu gün xalqımız üçün olduqca əlamətdar bir gündür. 1988-ci ilin 17 noyabrında 70 il əsarətdə yaşayan, repressiya və qadağalar məngənəsində sıxılan bir xalqın milyonlarla övladı Sovet imperiyasına etiraz olaraq, Azadlıq meydanına toplaşdı, o günlərdə millət, xalq olaraq öz iradəmizi ortalığa qoyduq və müstəqilliyə haqqımızın çatdığını bütün dünyaya bəyan etdik. Məhz Meydan hərəkatından başlayan böyük bir mübarizənin məntiqi sonluğu olaraq Sovet İmperiyası süqut  etdi və Azərbaycan xalqı öz müstəqilliyinə qovuşdu.

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət heyəti 17 noyabr Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edir, Azərbaycanda  demokratik və hər bir kəsin haqqı verilən, hüququ qorunan, sosial həyat şəraiti yüksək səviyyədə təmin olunan bir cəmiyyət qurulmasını arzulayır.

Allah müstəqilliyimizin qurulması, torpaqlarımızın işğaldan azad olunmasında canlarından keçən bütün Şəhidlərimizin ruhunu şad etsin, qazilərimizə can sağlığı versin!

Şərh yaz