Bu gün Ümid Partiyası sədrinin gənclərlə iş üzrə müavini Xanlar Abbasın doğum günüdür.
Xanlar Abbas hər zaman ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib, öz mübariz mövqeyi və aktivliyi ilə seçilib.
Azərbaycanın ərazi bütövlüyü, ölkədə demokratik cəmiyyətin, hüquqi dövlətin qurulması üçün mücadilənin önündə dayanıb və hazırda Ümid Partiyasının sıralarında öz mübarizəsini davam etdirir.
Ümid Partiyasının sədri İqbal Ağazadə və Rəyasət Heyəti Xanlar bəyi təbrik edir, ona uzun ömür, can sağlığı, şəxsi işlərində və siyasi fəaliyyətində uğurlar arzulayır.
Şərh yaz