Ümid Partiyası “Yeni Çağ”ı təbrik etdi

Ümid Partiyası “Yeni Çağ”ı 15 illik yubileyi münasibətilə təbrik etdi

Bu gün “Yeni Çağ” Media Qrupunun fəaliyyətə başlamasından 15 il keçir.

Azərbaycan, türk və rus dili versiyalarında fəaliyyət göstərən “Yeni Çağ” ölkədə həyata keçirilən ümummilli media layihələrində yaxından iştirak edir, Azərbaycan həqiqətlərinin xarici ölkələrdə, ilk növbədə Türkiyədə yayılması istiqamətində ardıcıl fəaliyyət göstərir.

Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə, müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları ilə yanaşı, dünyada baş verən xəbərləri də oxuculara çatdırır. Bu səbəbdəndir ki, fəaliyyət göstərdiyi müddətdə özünə kifayət qədər oxucu kütləsi qazana bilib.

Ümid Partiyasının sədri İqbal Ağazadə və Rəyasət Heyəti “Yenicag.az”ın Baş redaktoru Aqil Ələsgəri və Media Qrupun bütün kollektivini təbrik edir, fəaliyyətlərində hər zaman qərəzsiz, obyektiv və operativ olmağı, dünyanın tanınmış media orqanları sırasında yer tutmağı arzu edir!

Bir daha təbriklər!

Şərh yaz