Bu gün “Yeni Çağ” Analitik İnternet Qəzetinin fəaliyyətə başlamasından 14 il keçir.
Hazırda Azərbaycan, türk və rus dili versiyalarında fəaliyyət göstərən agentlik ölkədə həyata keçirilən ümummilli media layihələrində yaxından iştirak edir, Azərbaycan həqiqətlərinin xarici ölkələrdə, ilk növbədə Türkiyədə yayılması istiqamətində ardıcıl fəaliyyət göstərir.
Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə, müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları ilə yanaşı, dünyada baş verən xəbərləri də oxuculara çatdırır. Bu səbəbdəndir ki, fəaliyyət göstərdiyi müddətdə özünə kifayət qədər oxucu kütləsi qazana bilib.
Ümid Partiyasının sədri İqbal Ağazadə və Rəyasət Heyəti “Yenicag.az”ın Baş redaktoru Aqil Ələsgəri və agentliyin bütün kollektivini təbrik edir, fəaliyyətlərində hər zaman qərəzsiz, obyektiv və operativ olmağı, dünyanın tanınmış media orqanları sırasında yer tutmağı arzu edir!
Bir daha təbriklər!