Ümid Partiyasının sədri İqbal Ağazadə öz sosial şəbəkə hesabından Böyük Britaniyanın Azərbaycandakı səfirliyində bayrağımızın endirilməsi ilə bağlı bəyanat yayıb. Sözügedən bəyanatı təqdim edirik:
“Londondakı Böyük Elçiliyimizin binasına hücum və bayrağımızın endirilərək yerinə dini bayrağın qaldırılması bir çox mətləblərdən xəbər verir.
Ümid Partiyası olaraq bu olayı qətiyyətlə pisləyir və Böyük Britaniya hökumətindən olaya ciddi hüquqi münasibət gözləyirik.
Daxildə artıq bir çoxları anlamalıdır ki, Azərbaycanımızı sevməyən qüvvələr xaricdə törətdikləri bu qanunazidd hərəkətləri ölkə içinə daşımağa çalışacaq və dövlətimizin dayaqlarını sarsıtmağı əsas hədəfləri seçəcəklər.
Xüsusilə, İrana bağlı qüvvələr aktivləşəcək.
Ümid Partiyası hamını birliyə, konstitusiyamızda təsbit olunmuş dünyəvilik prinsipinə sadiqliyə çağırır.
Yaşasın dünyəvi, azad və demokratik cəmiyyət quruculuğu üçün çalışan fədakar insanlarımız!
Bayrağımız heç zaman enməsin!
Azərbaycan var olsun!”