06.06.2021-ci il tarixində Ümid Partiyasının Mingəçevir Şəhər Şöbəsinin növbəti konfransı keçirilib.
Konfransda Ümid Partiyasının İcra Aparatının rəhbəri Taleh Əliyev və Ümid Partiyası sədrinin təşkilat məsələləri üzrə müavini Hacı Bakir Həsənbəyli iştirak edib.
Konfrans şəhidlərimizin əziz xatirəsi yad edildikdən sonra dövlət himnimizin sədaları ilə öz işinə başlayıb.
Konfransın seçkili orqanları formalaşdıqdan sonra gündəliyə uyğun olaraq, şəhər şöbəsinin seçkili orqanlarının hesabatı dinlənilib və fəaliyyətləri qənaətbəxş qəbul edilib.
Konfrans zamanı Mingəçevir Şəhər Şöbəsinin seçkili orqanlarına yeni seçkilər keçirilib. Süleyman Kərimov Mingəçevir Şəhər Şöbəsinin yenidən sədri seçilib.
Eyni zamanda şəhər şöbəsinin 3 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyası formalaşıb və şöbə məclisinin səlahiyyəti təsdiq olunub.
Şərh yaz