Bu gün Ümid Partiyasının Rəyasət Heyəti növbəti iclasını keçirdi. İclasda dünyada, regionda və ölkədə baş verən ictimai-siyasi vəziyyət dəyərləndirildi, qarşıda duran vəzifələrin icrası barədə fikir mübadiləsi aparıldı. Partiyanın fəaliyyətinin gücləndirilməsi istiqamətində bütün mümkün variantlar müzakirə olundu. Qərara alındı ki, ölkədə pandemiya vəziyyəti ilə əlaqədar olaraq partiyanın ənənəvi qaydada keçirilən regional müşavirələri davam etdirilsin.
Ümid Partiyasının Mətbuat Xidməti
Şərh yaz