Fevralın 25-də Azərbaycan Ümid Partiyasının Rəyasət Heyəti növbəti iclasını keçirib. İclasda ölkədə, regionda baş verən ictimai-siyasi vəziyyət və Ukrayna-Rusiya müharibəsi müzakirə olunub. Partiya rəsmiləri qarşıda duran vəzifələr barədə də fikir mübadiləsi aparıblar.
İclasda Rusiya-Ukrayna münaqişəsi, onun səbəbləri və detalları müzakirə edilib və Ümid Partiyasının bu müharibəyə mövqeyi ifadə olunub. Ukraynanın haqlı mübarizəsi, Rusiyanın postsovet ölkələrindəki nüfuz savaşı, nüfuz dairəsi uğrunda dünya ilə aparılan mübarizə təhlil edilib. Qərbin Rusiyanı durdurmaq üçün təhdid vasitələrini ortaya qoymaması da müzakirə olunub.
Tədbirdə Azərbaycandakı durum, siyasi və sosial problemlər də ciddi və detallı şəkildə müzakirəyə çıxarılıb, partiyanın müxtəlif proseslərə, problemlərə mövqeyi ifadə olunub.
İclasda Qarabağ bölgəsindəki gərginlik və narahatlıqlar da müzakirəyə çıxarılıb. Eyni zamanda, 30-cu ildönümü tamam olan Xocalı faciəsinin səbəbləri, soyqırımın tanıdılması istiqamətində görülən işlər, indiyədək Milli Məclis tərəfindən soyqırım kimi tanınmaması da müzakirə edilib.
Şərh yaz