Ümid Partiyasının rayon görüşləri davam edir – növbəti görüş Samuxda baş tutub – FOTOLAR

Ümid Partiyasının Rəyasət Heyəti partiyanın rayon təşkilatlarının fəaliyyətini stimullaşdırmaq və genişləndirmək məqsədilə rayonlara səfərlərə başlayıb. Bu istiqamətdə partiya rəhbərliyi iyunun 5-də Samux rayonunda olub.
Görüşdə Rəyasət Heyətindən Ümid Partiyasının İcra Aparatının rəhbəri Taleh Əliyev, Ümid Partiyası sədrinin diaspora, xaricdə yaşayan soydaşlar və ictimaiyyətlə əlaqələr üzrə müavini Elman Abbasov, Ümid Partiyasının diaspora, xaricdə yaşayan soydaşlar və ictimaiyyətlə əlaqələr üzrə şöbə müdiri Murtuza Məmmədov iştirak ediblər. Eyni zamanda, Ümid sədrinin Gəncəbasar bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Salman İmanlı da görüşə qatılıb. Onlar partiyanın Samux rayon təşkilatının rəhbərliyi və fəallarla görüşüblər.
Görüşdə ölkədəki, bölgədəki və dünyadakı ictimai-siyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb, gözləntilər barədə ümumi məlumat verilib. Partiyanın təqdim etdiyi Konstitusiya islahatları, təkliflər, Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklər barədə danışılıb.
Eyni zamanda, partiya rəhbərliyinin və rayon şöbələrinin qarşısında dayanan vəzifələr, partiya quruculuğu məsələlərinə də toxunulub. Yeni özəklərin yaradılması, rayon rəhbərliyinin yenidən formalaşdırılması, bütün seçkili orqanların, xüsusən nəzarət-təftiş qrupunun, məclis üzvlərinin və sədr aparatının tam tərkibdə formalaşdırılması ilə bağlı tövsiyylər verilib, bu istiqamətdə atılmalı olan addımlar müzakirə olunub.
Görüş zamanı bildirilib ki, Ümid Partiyasının Samux rayon təşkilatının konfransına qısa zamanda hazırlıqların və konfransın keçirilməsi vacibdir. Bu istiqamətdə atılacaq addımlar, görüləcək işlər müzakirə edilib və təkliflər verilib. Həmçinin konfransa hazırlıq üzrə doqquz nəfərdən ibarət Təşkilat Komitəsi də yaradılıb.
Ümid Partiyasının Təbliğat və İnformasiya Müavinliyi
Şərh yaz