Ümid Partiyasının sədri ilk iki sərəncamını imzaladı

SƏRƏNCAMI
Azərbaycan Ümid Partiyası Nizamnaməsinin 8.2-ci bəndini rəhbər tutaraq, qərara alıram:
1. Ağazadə Ənvər Sərdar oğlu Ümid Partiyası sədrinin I müavini təyin edilsin.
2. Əliyev Taleh Məhəmməd oğlu Ümid Partiyasının Mərkəzi Aparat rəhbəri təyin edilsin.
Bakı şəhəri, 20 iyun 2023-cü il
QEYD:
Ağazadə Ənvər Sərdar oğlu – 1968-ci ildə Yardımlı rayonunda anadan olub.
Bakı Dövlət Universitetinin Filologiya fakültəsini (1992-1997) bitirib.
1998-2001 – ci illərdə “Bu gün” qəzetində müxbir kimi çalışıb. Jurnalistlərin Həmkarlar İttifaqının təsisçilərində biri, təşkilatın sədr müavini olub. 2001-ci ildən Ümid Partiyasının üzvü olaraq, siyasi fəaliyyətlə məşğuldur. Ümid Partiyasının “Mətbuat xidməti”nin rəhbəri, ideoloji təbliğat məsələləri üzrə sədr müavini, Ümid Partiyası Ali Məslisinin sədri, daha sonra Ümid Partiyası sədrinin birinci müavini olub.
20 iyun 2023-cü il tarixində Ümid Partiyası sədrinin sərəncamı ilə partiya sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, iki övladı var.
Əliyev Taleh Məhəmməd oğlu – 10 yanvar 1976-cı ildə Ağdam rayonunun Poladlı kəndində anadan olub.
Bakı Sosial İdarəetmə və Politologiya (BSİPİ) İnistitutunda “Politologiya” fakültəsində ali təhsil alıb. 2009-cu ilin may ayından Ümid Partiyasının üzvüdür. 2009 – 2014-cü illərdə Ümid Partiyası sədrinin müavini, 2014 – cü ilin iyun ayından Ümid Partiyası İcra Aparatının rəhbəri olub.
Taleh Əliyev 44 günlük Vətən müharibəsi iştirakçısıdır, ehtiyatda olan hərbçi – kapitandır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  “Suqovuşanın azad olunmasına görə” və Azərbaycan Respublikasının baş nazirinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
20 iyun 2023-cü il tarixində Ümid Partiyası sədrinin sərəncamı ilə Mərkəzi Aparatının rəhbəri vəzifəsinə təyin edilib.
Ailəlidir, üç övladı var.
Şərh yaz