Ümid Partiyasının sədri İqbal Ağazadə özünə daha iki müavin təyin etdi

Ümid Partiyasının sədri İqbal Ağazadə növbəti yeni sərəncam imzalayıb.

Qeyd edək ki, martın 28-də pandemiya şərtlərinə uyğun olaraq, partiya özünün növbəti V (VII) Qurultayını onlayn qaydada keçirib.

Sərəncama əsasən Qasımov Həsən Rəhim oğlu (Bakir Həsənbəyli) Ümid Partiyası sədrinin təşkilat məsələləri üzrə müavini, partiya sədrinin digər sərəncamı ilə Əliyev Faiq Həsən oğlu Ümid Partiyası sədrinin müavini vəzifəsinə təyin edilib.

QEYD: Həsənov Bakir Rəhim oğlu (Bakir Həsənbəyli) (27 iyul 1970)

Azərbaycan Futurologiya İnstitutunun “Jurnalistika” fakultəsində təhsil alıb. Əmək fəaliyyətinə 1993-cü ildə müxbir kimi başlayıb. “Hürriyyət”, “Bakının səsi”, “İntibah”, “Vətəndaş Həmrəyliyi” qəzetlərində müxbir, şöbə müdiri, məsul katib, baş redaktorun I müavini və baş redaktor vəzifələrində çalışıb. Conflict.az saytının təsisçisi və baş redaktoru, “Sosial Tərəqqinin Dəstəklənməsi” İctimai Birliyinin sədridir.
2006-cı ildən Ümid Partiyasının üzvüdür. Partiya sədrinin siyasi və təşkilati məsələlər üzrə müavini olub.

Əliyev Faiq Həsən oğlu (2 iyul 1964)

Naxçıvan Dövlət Pedoqoji İnstitutunun “Tarix – filologiya” fakültəsini bitirib. Milli Azadlıq Hərəkatında və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib. 
2006-cı ildən Ümid Partiyasının üzvüdür. Ümid Partiyasının Naxçıvan MR Təşkilatının sədridir.

Şərh yaz