Ümid Partiyasının sədri İqbal Ağazadə SƏRƏNCAM imzalayıb – PARTİYADA YENİ TƏYİNATLAR

Ümid Partiyasının sədri İqbal Ağazadə SƏRƏNCAM imzalayıb.

Ölkədə və regionda baş verən ictimai-siyasi vəziyyətin aktivləşməsi, siyasi partiyaların cəmiyyətdəki yerinin və rolunun artması, Ümid Partiyasının təşkilatlanması və fəaliyyətinin öncüllüyünün qorunması istiqamətində partiyanın mərkəzi strukturunda dəyişikliklər edilib. Belə ki, bir neçə müavin vəzifəsindən azad edilərək, yeni vəzifələrə təyin olunub.
Sərəncama əsasən;
Qulami Tamilla Famil qızı təbliğat və təşviqat məsələləri;
Həsənbəyli Bakir Rəhim oğlu təşkilat məsələləri üzrə;
Abbasov Elman Abdulla oğlu mətbuat və informasiya məsələləri üzrə;
Abbasov Xanlar Nüsrət oğlu gənclərlə iş;
Sadıqova İlahə Artur qızı ailə, qadın, uşaq problemləri və gender bərabərliyi üzrə
partiya sədrinin müavini vəzifəsindən azad ediliblər.
Sərəncamda partiya Nizamnaməsinin IV.7.3 maddəsi rəhbər tutularaq,
1. Qulami Tamilla Famil qızı təbliğat və informasiya məsələləri üzrə,
2. Həsənbəyli Bakir Rəhim oğlu siyasi məsələlər üzrə,
3. Abbasov Elman Abdulla oğlu diaspor, xaricdə yaşayan soydaşlar və ictimaiyyətlə əlaqələr üzrə,
4. Abbasov Xanlar Nüsrət oğlu seçkili orqanlarla iş üzrə,
5. Sadıqova İlahə Artur qızı sosial məsələlər üzrə,
6. Maqsudov Mübariz Mustafa oğlu gənclərlə iş üzrə sədr müavini vəzifələrinə təyin ediliblər.
Şərh yaz