Ümid Partiyasının təbliğat və informasiya müavinliyi həftəlik fəaliyyət planını (3-7 aprel) təqdim edib

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (3-7 aprel) fəaliyyəti ilə bağlı məlumat yayıb.
PRESS-RELİZ
(Həftəlik 3 – 7 aprel)
Həftə ərzində Ümid Partiyası Rəyasət Heyətinin və Müavinliyinin növbəti iclasları keçirilib.
Rəyasət Heyətinin iclasında ölkədə və dünyada baş verən olaylar, Azərbaycanın daxili və xarici siyasəti müzakirə edilib, həftə ərzində partiya təşkilatlarının gördüyü işlər diqqətə çatdırılıb.
İclas zamanı gündəmin dəyişməz mövzularından olan Rusiyanın Ukrayna ərazilərinə hücumu, İranın Azərbaycana qarşı olan qərəzli mövqeyi və daxilindəki aksiyalar, güneyli soydaşlarımızın fars-rasist rejimi tərəfindən məruz qaldığı repressiyalar, daha sonra Putin hakimiyyəti və post-Putin dönəmi barədə detallı şəkildə fikir mübadiləsi aparılıb, regionda və bölgədə baş verən proseslər zəminində Azərbaycanın qazancı, itkiləri nə ola bilər deyə təkliflər irəli sürülüb.
Rəyasət Heyəti Azərbaycan Respublikasının suveren ərazisi olan Qarabağ bölgəsində baş verənlər, torpaqlarımızda qeyri-qanuni sərvətlərimizin talanmasına qarşı ekofəallarımız ın Xankəndi yolunda keçirdiyi aksiya da müzakirə mövzularından olub.
Toplantıda ölkə daxilindəki sosial-siyasi-iqtisadi problemlər müzakirə edilib, bu problemlərin həlli üçün hakimiyyətə təqdim edilən təkliflər paketi müzakirə olunub, partiyaya müraciət edən vətəndaşların problemlərinin həlli istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Müavinliyin iclasında cari işlər və struktur fəaliyyətindən doğan məsələlər müzakirə olunub. Növbəti iki ay (may-iyun) üçün partiyanın rüblük fəaliyyət planı müzakirəyə çıxarılıb.

Həftə ərzində partiya yetkililəri sədr İqbal Ağazadə və müavinləri (partiya sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın İcra Aparatının rəhbəri Taleh Əliyev, partiyanın təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami, partiyanın siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli, partiyanın sosial məsələlər üzrə sədr müavini İlahə Sadıqova) İnternet və peyk Televiziyalarında (ARB 24, Reaksiya Tv, MediaPost Tv, Xural Tv, Laf Tv, Sitat Tv, Toplum Tv) 11 canlı efirlə izləyici qarşısına çıxmışlar. Bu kanallarda ümumi olaraq, üç yüz mindən çox tamaşaçı canlı və yaxud videoyazını izləmişlər. Sosial şəbəkələr (facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində altı milyona yaxın izləyici partiya yetkililərini seyr etmiş, dinləmiş, paylaşımlar etmişlər.
Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Bu barədə Ali Məclis rəhbərliyi Rəyasət Heyətinin iclasında məlumat verib.
Ümid Partiyasının təbliğat və informasiya müavinliyi
Şərh yaz