Ümid Partiyasının təbliğat və informasiya müavinliyi həftəlik fəaliyyətlə bağlı məlumat yayıb

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (31 may-3 iyun) fəaliyyəti ilə bağlı məlumat yayıb.

PRESS-RELİZ

(Həftəlik 31 may-3 iyun)

Ümid Partiyası Rəyasət Heyətinin və Müavinliyinin növbəti iclasları keçirilib.

Rəyasət Heyətinin iclasında ölkədə, bölgədə və dünyadakı vəziyyət müzakirə edilib. Həmçinin həftə ərzində partiyada görülən işlər də müzakirəyə çıxarılıb.

Rəyasət Heyətinin iclasında ölkə daxilindəki sosial-siyasi-iqtisadi durumun ağırlığı, bu problemlərdən çıxış yolu, bölgədə üç aydan artıq davam edən Rusiya-Ukrayna müharibəsi, Rusiyanın təcavüzkar siyasətindən əl çəkməməsi, dünya güclərinin Ukraynaya dəstəyi və bu dəstəyin nə dərəcədə yetərli olması müzakirə edilib.

Eyni zamanda, sözügedən müharibənin dünya düzəninə təsiri, dünya iqtisadiyyatına dəyən və proqnozlaşdırılan zərərləri də iclasın müzakirə mövzusu olub.
İclada post-Putin dövrü və Azərbaycan hakimiyyətinin həmin dövrə hazırlığı da danışılıb.
Toplantıda partiyanın seçki hazırlığı, struktur islahatları dəyərləndirilib.

Rəyasət Heyətində Ümid Partiyasının Konstitusiya maddələrinə təklif edilən əlavə və dəyişikliklər təhlil edilib, Seçki Məcəlləsinin təkmilləşməsinin vacibliyi qeyd olunub, partiyanın bu istiqamətdə təklifləri səsləndirilib. Ümid Partiyası yetkililərinin Seçki Məcəlləsinə təklif etdiyi dəyişikliklər bənd-bənd müzakirə olunub. Həmin təkliflər tezliklə ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, Ümid Partiyasının rayon təşkilatları ilə görüşləri başlanıb. Bu istiqamətdə görülən işlər, edilən təkliflər də iclasın müzakirə mövzusu olub.

Partiyanın rayon təşkilatlarının fəaliyyətinin gücləndirilməsi və stimullaşdırılması ətrafında da müzakirələr aparılıb, təkliflər verilib.

Həftə ərzində Ümid Partiyasının yetkililəri (Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli, partiyanın sosial məsələlər üzrə sədr müavini İlahə Sadıqova) İnternet Televiziyalarında (Reaksiya Tv, Laf Tv) üç canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, iki yüz minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində izləyicilər partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi

Şərh yaz
PAYLAŞ