Ümidli Gənclər Türkiyəyə yardım üçün əşyaları paketləmə kampaniyasında iştirak edirlər

Ümid Partiyasının Gənclər Təşkilatının rəhbəri Şükür Cavadın təşkilatçılığı ilə onlarla ümidli gənc iki komandaya ayrılaraq, bu gün Türkiyədə baş verən dəhşətli zəlzələdə həyatını itirənlərin ailələri və yaxınları, zərərçəkənlərə yardım kampaniyasında toplanan əşyaların paketlənməsində iştirak ediblər.
Var olun, əziz gənclərimiz!
Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party – nın sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti bir daha zəlzələdə həyatını itirənlərə rəhmət, yaralılara şəfa, dağıntılar altında qalan insanların ən qısa zamanda sağ-salamat çıxarılmasını diləyir!
Başın sağ olsun, Türkiyəmiz!
Şərh yaz