Vətəndaş seçkiyə gedəcəksə, mütləq onun nəticəsi olacaq- İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə 17 may 2022-ci ildə Reaksiya TV-də canlı efir qonağı olub.

Veriliş “Dövlət şirkətləri niyə borclanır?.. Korrupsiya, talan…” mövzusu ətrafında baş tutub.

İqbal Ağazadə AZAL-ın ili zərərlə borcla başa vurmasından, bunun səbəblərindən, dövlət şirkətlərinin böyük məbləğdə borclarından danışıb. Onun sözlərinə görə, ölkədə iqtisadiyyat effektiv idarə olunmur. O, vəziyyətdən çıxış yolları da təklif edib. AZAL-ın biletlərinin bahalığından danışan İqbal Ağazadə, vəziyyətdən çıxış imkanlarından da söz açıb.

Ümid sədri həmçinin Rəqabət Məcəlləsinin qəbul olunmaması, nazirliklərin sayının çoxluğu barədə də danışıb və azaldılması yönündə təkliflərini səsləndirib.
Effetiv idarəetmədikı problemlər, məktəblərdə olan problemlər, təhsil problemləri, universitetlərdə təhsilə laqeyd münasibət, repetitorluğun səbəbləri və digər problemlər də verilişdə müzakirə mövzusu olub.

Məhkəmələrdəki çoxsaylı problemlər, vətəndaşın, seçicinin problemləri, vətəndaşın seçkiyə getməməsinin səbəbləri və nəticələri, seçki problemləri verilişdə detallı müzakirə edilib.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz