Zəngəzuru geri almaq üçün yeni müharibə başlada bilərik – TALEH ƏLİYEV

Ümid Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyev 23 may 2022-ci ildə Xural Tv-də canlı efir qonağı olub.

Veriliş “Brüsseldə nələr oldu?!” sualı və mövzusu ətrafında olub.

Taleh Əliyev dövlət başçısı İlham Əliyevin Brüssel səfərindən, onun mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşündən, bu görüşün səbəbləri və detallarından danışıb. O, həmçinin görüşdən sonra Qarabağ münaqişəsi ətrafında yarana biləcək hərəkətlənmə barədə də danışıb.

Ümid rəsmisi Azərbaycanla Ermənistan arasında gözlənilən, uzun müddətdir müzakirəsi gedən sülh müqaviləsi barədə də fikirlərini və ehtimallarını bölüşüb.

Qarabağ bölgəsində erməni separatçılarının və rus sülhməramlılarının təxribatlarından, hökumətin atmalı olduğu cavab addımlarından, Ermənistanla sərhədlərin müəyyənləşməsi prosesində qarşılaşacağımız çətinliklərdən və sair problemlərdən danışıb.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz