Oktyabrın 20-si Zəngilan şəhərinin işğaldan azad edilməsindən 2 il ötür.
Bu gün həmçinin Zəngilan Hava Limanının açılışı olacaq. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Hava Limanının açılışı münasibətilə Azərbaycana səfər edib. Prezident Erdoğan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə birgə Zəngilan Hava Limanının açılışına qatılacaq.
Ümid Partiyası Zəngilan Hava Limanının açılışı münasibətilə Azərbaycan xalqını təbrik edir, arzu edir ki, Zəngilan şəhəri mərkəz şəhərlərindən birinə çevrilsin.
Torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində canlarından keçən Şəhidlərimizin ruhu qarşısında baş əyir, yaralılarımıza Allahdan şəfa diləyir, qazilərimizə can sağlığı diləyirik!
Şərh yaz